Dünya futbolu
Millimizin üzvü oynadı, komandası qalib gəldi

19.01.2026 | 10:00
Niderland Erediviziyasının 19-cu turu çərçivəsində növbəti qarşılaşma baş tutub.
Sports.az xəbər verir ki, Azərbaycan milli komandasının oyunçusu Ozan Can Kökçünün də çıxış etdiyi "Volendam" doğma meydanda "Utrext"i 2:1 hesabı ilə məğlub edib.
Millimizin yarımmüdafiəçisi meydana start heyətində çıxıb və sona qədər oynayıb.
Bu qələbə sayəsində "Volendam" turnir cədvəlində 16-cı pillədən 15-ci yerə yüksəlib. Komanda növbəti turda səfərdə "Ayaks"la qarşılaşacaq.
Son xəbərlər





























