Qalmaqallı finalda Seneqal millisi sevindi

Qalmaqallı finalda Seneqal millisi sevindi

Afrika Millətlər Kubokunun final matçı keçirilib.

Sports.az xəbər verir ki, həlledici oyunda Seneqal və Mərakeş milliləri üz-üzə gəlib.

Moulay Abdullah İdman Kompleksində keçirilən görüşdə Seneqal millisi qalib gəlib - 1:0.

Oyunun əsas vaxtında qol vurulmayıb. Buna görə də qalib əlavə vaxtda müəyyənləşib. 94-cü dəqiqədə Pap Qeye Seneqal millisinə qələbə gətirən qolu vurub.

Final oyununda qalmaqal da yaşanıb. Belə ki, Seneqal millisinin baş məşqçisi Pap Tiyav qarşılaşmanın 90+8-ci dəqiqəsində qapılarına təyin olunan penaltiyə etiraz edərək komandanı meydandan çıxarıb. Buna qədər matçın 90+2-ci dəqiqəsində seneqallıların vurduğu qol da qeydə alınmayıb. Referi Əşrəf Hakimiyə qarşı qayda pozuntusu olduğunu əsas gətirərək Abdullay Sekin hərəkətini qayda pozuntusu kimi qiymətləndirib. Hakimin hücumun sonunu gözləmədən fit çalması VAR-ın müdaxilə imkanını aradan qaldırıb və epizod yoxlanılmayıb. Bu qərar böyük narazılığa səbəb olub. Seneqalın qapısına penalti təyin olunan zaman isə baş məşqçinin göstərişi ilə futbolçular meydanı tərk ediblər.

Yaranmış gərgin vəziyyətdə Seneqal millisinin lideri Sadio Mane komandaya müdaxilə edərək oyunun davam etdirilməsinə nail olub. O, paltardəyişmə otağına qaçaraq komanda yoldaşlarını geri qaytara bilib.

Bundan sonra Seneqal yığması meydana qayıdıb. Mərakeş millisinin üzvü Brahim Dias isə 90+24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. Seneqal millisinin qapıçısı Eduar Mendi zərbəni dəf edərək hesabın dəyişməsinə imkan verməyib.

Xatırladaq ki, Seneqal millisi artıq bir dəfə bu titula yiyələnib. 2021-ci ildə qalib olan seneqallılar buna qədər 3 dəfə finalda oynayıb. Mərakeş isə 1976-cı ildə  Afrika Millətlər Kubokunun qalibi olub.

Ötən gün bürünc medal uğrunda görüşdə Nigeriya Misirə penaltilər seriyasında (4:2) qalib gəlib.

Son xəbərlər
Qalmaqallı finalda Seneqal millisi sevindi
“Barselona” səfərdə uduzdu
“Milan” 3 xalı tək qolla qazandı
“Nant” uduzdu, “Renn” xal itirdi
Son gündə iki heç-heçə
“Trabzonspor” və “Fənərbağça”dan qələbə
“Everton”a bir qol bəs etdi
“Yaxşı oyuna görə qələbə verilmir”
“Çelsi” “İnter”in müdafiəçisi ilə bağlı danışıqlara başladı
“Mövsümün ən pis oyununu keçirdik”
Yüksək Liqada 10-cu turun proqramı bəlli oldu
“Çelsi” “Renn”in müdafiəçisinə görə təklif hazırlayır
Turun son oyununda "Abşeron Lions" sevindi
“Abşeron”dan növbəti qələbə
“Tottenhem” “Yuventus”un hücumçusu ilə maraqlanır
“Heç bir planımızı gerçəkləşdirə bilmədik”
“Mançester Siti”dən La Liqa klubuna
“Paris” “Fiorentina”nın veteran hücumçusu ilə maraqlanır
“Yerli basketbolçular legionerlərdən geri qalmadılar”
“Çox qol vurduğumuza görə şadıq” - Sxadadze
“Tottenhem” “Vest Hem”in kapitanı ilə maraqlanır
“Sabah” “Şəki”yə qalib gəldi
“Mançester Siti” hücumçusu ilə vidalaşmağa hazırdır
“Atletiko” PSJ-nin yarımmüdafiəçisini istəyir
“Öyrənməli olduğumuz nüanslar var” - Demçenko
“Ayntraxt” “Qarabağ”la matçdan öncə Topmölleri istefaya göndərdi
“Araz-Naxçıvan” darmadağına sevindi
“Qəbələ” 7 qolla qalib gəldi
Mbappe Fransa futbolu tarixində ən çox qol vuran ikinci oyunçu oldu
“Atletiko” “Olimpik”in hücumçusu ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar