Dünya futbolu
“Bayer”in qapıçısı iki aylıq sıradan çıxdı

20.01.2026 | 15:20
Niderland millisinin və Almaniyanın "Bayer" klubunun qapıçısı Mark Flekken təxminən iki ay yaşıl meydanlardan kənarda qalacaq.
Sports.az xəbər verir ki, buna 32 yaşlı qolkiperin "Hoffenhaym"a uduzduqları (0:1) Bundesliqanın oyununda zədələnməsi səbəb olub.
Tibbi müayinədən sonra futbolçuya sağ dizində bağın yırtılması diaqnozu qoyulub. Bu isə o deməkdir ki, oyunçu təxminən iki ay meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Mark Flekken cari mövsüm 26 matçda iştirak edib.
Son xəbərlər





























