Dünya futbolu
“Çelsi”nin müdafiəçisinə iki iddiaçı var

21.01.2026 | 13:40
“Çelsi”nin 27 yaşlı fransalı mərkəz müdafiəçisi Aksel Disasi cari qış transfer pəncərəsində “zadəganlar”ın düşərgəsini tərk edə bilər.
Sports.az xəbər verir ki, Disasi ilə “Vulverhempton” və “Kristal Pelas” maraqlanırlar.
Vurğulanır ki, “Çelsi” futbolçusunu 23-26 milyon avro civarında məbləğ müqabilində satmağa və ya sonradan mütləq satınalma şərti ilə icarəsini gerçəkləşdirməyə hazırdır.
Son xəbərlər





























