Dünya futbolu
“Barselona” Raşforda görə təklif ünvanladı

21.01.2026 | 19:00
Məlum olduğu kimi, “Mançester Yunayted”in məzunu, ingiltərəli cinah hücumçusu Markus Raşford cari mövsümün sonuna qədər müddət ərzində icarə müqaviləsi əsasında “Barselona”nın xidmətindədir.
Sports.az xəbər verir ki, Raşfordu tamhüquqlu əsasda satın almaq niyyətində olan Kataloniya təmsilçisi İngiltərə nəhənginə təklif ünvanlayıb.
Bildirilir ki, təklif 22 milyon avro məbləği ehtiva edib. Müvafiq məbləğin “Mançester Yunayted”i qane etmədiyi, “qırmızı şeytanlar”ın 30 milyon avro məbləğə iddia etdikləri vurğulanır.
Son xəbərlər





























