Dünya futbolu
Kivu Olimpiya Oyunlarının məşəlini daşıyacaq

24.01.2026 | 14:45
"İnter"in baş məşqçisi Kristian Kivu Milan və Kortina d Ampezzo şəhərlərində keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunlarının məşəlini daşıyacaq.
Sports.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
"Nerazzurri"nin baş məşqçisi rəsmi olaraq 2026-cı il Qış Olimpiya Oyunlarının məşəlini daşıyacaq", - açıqlamada bildirilir.
Son xəbərlər





























