Dünya futbolu
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır

26.01.2026 | 11:00
“Flamenqo” rəhbərliyi “Urubu”nun məzunu, “Vest Hem”də çıxış edən 28 yaşlı braziliyalı hücumameylli yarımmüdafiəçi Lukas Paketanı heyətinə qaytarmaq niyyətindədir.
Sports.az xəbər verir ki, daha əvvəl 40 milyon avro məbləğində təklifi rədd edilmiş Braziliya nəhəngi əvvəlki təklifinə 1 milyon avro məbləğ də əlavə etməyə hazırdır.
Vurğulanır ki, Paketa vətəni Braziliyaya qayıdıb doğma klubu üçün çıxış etmək niyyətindədir.
Son xəbərlər





























