Dünya futbolu
“Barselona” yarımmüdafiəçisi üçün yeni müqavilə hazırlayır

26.01.2026 | 16:00
“Barselona” rəhbərliyi “blauqrana”nın 22 yaşlı ispan hücumameylli yarımmüdafiəçisi Fermin Lopesə yeni müqavilə təklif etmək niyyətindədir.
Sports.az xəbər verir ki, yeni müqavilənin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Yeni müqavilə Lopesin əməkhaqqının artırılmasını ehtiva edir. Hazırda Kataloniya klubu müqavilə ilə bağlı təfərrüat üzərində çalışır.
Xatırladaq ki, Lopesin “Barselona” ilə cari müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Son xəbərlər





























