Dünya futbolu
Verratti İtaliya yığmasına qayıtmağa hazıdır

26.01.2026 | 19:30
Qətərin “Əl-Duhail” klubunun 33 yaşlı italyan mərkəz yarımmüdafiəçisi Marko Verratti İtaliya yığmasına qayıtmağa hazırıdr.
Sports.az xəbər verir ki, veteran futbolçu “dar gün”də “skuadra adzurra”ya köməyini təklif edib.
Verratti 2026-cı il dünya çempionatının Avropa (UEFA) bölgəsi üzrə seçmə mərhələsinin ələmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasına qarşı oyunda çıxış etmək əzmindədir.
Xatırladaq ki, oyun martın 26-da keçiriləcək. Qalib komanda Uels – Bosniya və Herseqovina cütünün qalibi ilə dünya çempionatına vəsiqə verəcək həlledici oyunda qarşılaşacaq.
Son xəbərlər




























