Dünya futbolu
Bruno Fernandes Ueyn Runinin rekordunu təkrarladı

26.01.2026 | 15:45
"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə Premyer Liqasının 23-cü turunda "Arsenal"la keçirilən səfər oyununda (3:2) məhsuldar ötürmə etməklə Ueyn Runinin rekorduna şərik çıxıb.
Sports.az xəbər verir ki, portuqaliyalı futbolçunun Patrik Dorquya ötürməsi onun cari mövsümdə Premyer Liqada 10-cu assisti olub.
Bununla da B.Fernandes Mançester klubunun heyətində ardıcıl iki mövsümdə 10 və daha çox məhsuldar ötürmə edən ikinci futbolçu olub. O, ötən mövsümdə də 36 matçda 10 assistlə yadda qalmışdı.
Qeyd edək ki, "qırmızı şeytanlar"ın heyətində buna qədər sonuncu dəfə Ueyn Runi (2012/2013 və 2013/2014) ardıcıl iki mövsüm 10 və daha çox məhsuldar ötürmə həddinə çatıb.
Son xəbərlər




























