Dünya futbolu
“İnter”dən yeni transfer

26.01.2026 | 22:30
“İnter” yeni transferini açıqlayıb.
Sports.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasından Leon Yakiroviç heyətə cəlb olunub. 18 yaşlı müdafiəçi ilk olaraq “İnter”in U-23 komandasının heyətində yer alacaq.
Yakiroviç “Dinamo”da 4 matça çıxıb.
Son xəbərlər




























