“Fənərbağça” Avropa Liqasının pley-offuna vəsiqə qazandı

Avropa Liqasının Liqa mərhələsinə yekun vurulub.
Sports.az xəbər verir ki, son turun bütün oyunları eyni günə təsadüf edib.
Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə “Styaua”nın qonağı olub. Heç-heçəyə nail olmuş İstanbul təmsilçisi pley-offda iştirak hüququ qazanıb.
Avropa Liqası
Liqa mərhələsi, 8-ci tur
30 yanvar
Genk (Belçika) – Malmö (İsveç) 2:1
Qo Ehed İqlz (Niderland) – Braqa (Portuqaliya) 0:0
Panatinaikos (Yunanıstan) – Roma (İtaliya) 1:1
Ştutqart (Almaniya) – Yanq Boyz (İsveçrə) 3:2
Styaua (Rumıniya) – Fənərbağça (Türkiyə) 1:1
Şturm (Avstriya) – Brann (Norveç) 1:0
Nottingem Forest (İngiltərə) – Ferentsvaroş (Macarıstan) 4:0
Ludoqorets (Bolqarıstan) – Nitsa (Fransa) 1:0
Midtyulland (Danimarka) – Dinamo (Zaqreb, Xorvatiya) 2:0
Bazel (İsveçrə) – Viktoriya (Plzen, Çexiya) 0:1
Makkabi (Təl-Əviv, İsrail) – Bolonya (İtaliya) 0:3
Seltik (Şotlandiya) – Utrext (Niderland) 4:2
Olimpik (Lion, Fransa) – PAOK (Yunanıstan) 4:2
Srvena Zvezda (Serbiya) – Selta (İspaniya) 1:1
Aston Villa (İngiltərə) – Zalsburq (Avstriya) 3:2
Betis (İspaniya) – Feyenoord (Niderland) 2:1
Lill (Fransa) – Frayburq (Almaniya) 1:0
Portu (Portuqaliya) – Reyncers (Şotlandiya) 3:1
21 xal toplamış “Olimpik” (Lion) və “Aston Villa”, 19 xala malik “Midtyulland”, 17 xalı olan “Betis”, “Portu”, “Braqa” və “Frayburq”, eləcə də 16 xalla “Roma” ilk “8-lik”də yer alaraq 1/8 finala birbaşa vəsiqə qazanıblar.
“Genk” (16), “Bolonya” (15), “Ştutqart” (15), “Ferentsvaroş” (15), “Nottingem Forest” (14), “Viktoriya” (14), “Srvena Zvezda” (14), “Selta” (13), PAOK (12), “Lill” (12), “Fənərbağça” (12), “Panatinaikos” (12), “Seltik” (11), “Ludoqorets” (10), Zaqreb “Dinamo”su (10) və “Brann” (9) 1/8 finala vəsiqə uğrunda pley-offda iştirak hüququ qazanıblar.





























