Dünya futbolu
Ronaldodan 961-ci qol

31.01.2026 | 15:20
Səudiyyə Ərəbistanı Peşəkar Liqasında 19-cu turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, “Əl-Nəsr” səfərdə “Əl-Xolud”un qonağı olub.
Qarşılaşma “Əl-Nəsr”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Kristiano Ronaldo, Mohamed Simakan və Kinqsli Koman vurub.
Bu, Ronaldonun karyerasındakı 961-ci qoldur. Portuqaliyalı ulduz cari mövsümdə Səudiyyə Ərəbistanı liqasında 18 matçda 17 dəfə fərqlənib.
Qeyd edək ki, ardıcıl dördüncü qələbəsini qazanan “Əl-Nəsr” xallarının sayını 43-ə çatdırmaqla ikinci pilləyə yüksəlib. Ronaldonun komandası lider “Əl-Hilal”dan 3 xal geri qalır.
Son xəbərlər





























