Dünya futbolu
La Liqada ayın ən yaxşı futbolçusu açıqlandı

31.01.2026 | 15:40
İspaniya La Liqasında yanvar ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Sports.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytı məlumat yayıb.
“Ayın ən yaxşı futbolçusu” nominasiyasının qalibi “Malyorka”nın hücumçusu Vedat Muriqi olub.
31 yaşlı kosovolu futbolçu ay ərzində keçirdiyi 4 oyunda 5 qol vurub. O, bu səsvermədə Aleksander Sörlot (“Atletiko”), Qonsalo Qedes (“Real Sosyedad”), Vladislav Vanat (“Jirona”) və Markos Alonsonu (“Selta”) geridə qoyub.
Xatırladaq ki, yanvarın ən yaxşı baş məşqçisi adına da “Real Sosyedad”ın çalışdırıcısı Pelleqrino Mataratso layiq görülüb. Mütəxəssis səsvermədə “Selta”dan Klaudio Xiraldeşi və “Jirona”dan Miçel Sançesi qabaqlayıb.
Son xəbərlər





























