Dünyanın ən bahalı futbol akademiyaları

CIES dünyanın ən bahalı futbol akademiyalarının siyahısını hazırlayıb.
Sports.az xəbər verir ki, siyahı hazırlanarkən sözügedən akdemiyaların yetişdirdiyi oyunçların transfer dəyərləri nəzərə alınıb.
1-ci sırada "Barselona" qərarlaşır. Kataloniya təmsilçisinin yetirmələrinin mumi dəyəri 738 milyon avrodur. Bu da dünyada ən yüksək göstəricidir. "Barselona" akademiyasının ən bahalı yetirməsi isə cinah hücumçusu Lamin Yamaldır (335 milyon avro).
Yetişdirdiyi futbolçuların ümumi dəyərinə görə ən yaxşı 10 klub akademiyası:
"Barselona" – 738 milyon avro. Ən bahalı yetirməsi – Lamin Yamal (335 milyon avro).
"Mançester Siti" – 286 milyon avro. Ən bahalı yetirməsi Niko Oreyli – 92 milyon avro.
"Bavariya" – 284 milyon avro, Ən bahalı yetirməsi Camal Musiala – 87 milyon avro.
"Real" – 256 milyon avro. Ən bahalı yetirməsi Alvaro Karreras – 79 milyon avro.
"Arsenal" – 235 milyon avro. Ən bahalı yetirməsi Maylz Luis-Skelli – 80 milyon avro.
"Çelsi" – 222 milyon avro. Ən bahalı yetirməsi Levi Kolvil – 67 milyon avro.
"Atletik" – 211 milyon avro. Ən bahalı yetirməsi Niko Uilyams – 53 milyon avro.
"Real Sosyedad" – 205 milyon avro. Ən bahalı yetirməsi Con Martin – 35 milyon avro.
PSJ – 204 milyon avro. Ən bahalı yetirməsi Uorren Zair-Emeryi – 87 milyon avro.
Atletiko" – 186 milyon avro. Ən bahalı yetirməsi Pablo Barrios – 87 milyon avro.





























