Dünya futbolu
“Milan” qapıçısı ilə yeni müqavilə imzaladı

31.01.2026 | 23:40
"Milan" əsas qapıçısı Mik Menyanla müqavilənin müddətini artırıb.
Sports.az klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi fransalı qolkiperlə yeni sözləşmə imzalayıb.
Tərəflər arasındakı yeni razılaşma 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Cari mövsümdə bütün turnirlərdə 25 oyuna çıxan Menyan bunların 11-də qapısını toxunulmaz saxlamağı bacarıb.
Xatırladaq ki, 2021-ci ildən Milan təmsilçisində çıxış edən təcrübəli oyunçu ümumilikdə 188 matçda forma geyinib. O, komandası ilə İtaliya çempionluğu və ölkə superkubokunu qazanıb.
Son xəbərlər





























