Dünya futbolu
“Yuventus” Vlahoviçə qovuşdu

03.02.2026 | 23:20
İtaliya təmsilçisi "Yuventus"un serbiyalı hücumçusu Duşan Vlahoviç klubun düşərgəsinə qayıdıb.
Sports.az xəbər verir ki, 26 yaşlı futbolçu ötən ilin dekabrında Londonda sol ayaq əzələsindən əməliyyat olunmuşdu.
O, yanvar ayı ərzində bərpa prosesini Serbiyanın paytaxtı Belqradda keçirib və burada şəxsi fizioterapevtlə məşqlər edib.
Vlahoviçin mart ayına qədər yaşıl meydanlara dönməsi gözlənilmir.
Serbiyalı forvard cari mövsüm "Yuventus"un heyətində bütün turnirlər daxil olmaqla 17 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər





























