Dünya futbolu
Premyer Liqa klubunda yeni hücumçu

03.02.2026 | 23:40
“Vulverhempton" heyətini yeni hücumçu ilə gücləndirib.
Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Çempionşipdə çıxış edən"Sauthempton"un forvardı Adam Armstronqu sıralarına cəlb edib.
28 yaşlı ingilis futbolçu ilə 3,5 illik müqavilə imzalanıb. Bu keçid Premyer Liqa kollektivinə 7 milyon funt sterlinqə başa gəlib.
Armstronq cari mövsüm Çempionşipdə ən məhsuldar futbolçular sırasında yer alır. O, 29 oyunda 11 qol vurub.
Son xəbərlər





























