Dünya futbolu
“Olimpik”də əlbəyaxa

04.02.2026 | 16:00
Çempionlar Liqasında mübarizəsinə xitam vermiş Marsel “Olimpik”ində idarəetmə əldən çıxır.
Sports.az xəbər verir ki, komandanın baş məşqçisi, italyan mütəxəssis Roberto De Zerbinin gözü önündə “Olimpik”in iki futbolçusu məşq zamanı əlbəyaxa olublar.
Mərəkə qoparmış iki “dayaqçı” – Mərkəzi Afrika Respublikası yığmasının oyunçusu Joffre Kondoqbya və belçikalı oyunçu Artur Vermeren barəsində intizam tədbiri görüləcək.
Xatırladaq ki, Vermeren cari mövsümün sonuna qədər müddət ərzində “Leypsiq”dən icarə əsasında “Olimpik”də çıxış edir. “Dayaqçı”ların nəyi bölə bilmədiyi açıqlanmır.
Son xəbərlər





























