Dünya futbolu
Super Liqa klubunda yeni baş məşqçi

06.02.2026 | 15:20
Türkiyənin "Konyaspor" komandasının yeni baş məşqçisi açıqlanıb.
Sports.az xəbər verir ki, bölgə klubu İlhan Palutla anlaşıb.
Bu barədə Super Liqa təmsilçisi məlumat yayıb. Türkiyəli mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
Son olaraq “Rizəspor”u çalışdıran İlhan Palut daha öncə də “Konyaspor”a rəhbərlik edib. O, 2021-2023-cü illər aralığında bu komandanı 81 matça çıxarıb.
Bu mövsüm 20 oyuna 19 xal toplaan “Konyaspor” 14-cü pillədə qərarlaşıb.
Son xəbərlər





























