Dünya futbolu
“Vest Hem” baş məşqçisini istefaya göndərə bilər

07.02.2026 | 09:20
“Vest Hem” rəhbərliyi “çəkicdöyənlər”in baş məşqçisi, portuqal mütəxəssis Nunu Espirito Santonu istefaya göndərə bilər.
Sports.az xəbər verir ki, məsələ cari mövsümün başa çatması ilə rəsmiləşə bilər.
Vurğulanır ki, “Vest Hem” portuqal mütəxəssisə təzminat ödəməyə də bilər, belə ki, bunun üçün “Vest Hem” İngiltərə Premyer Liqasından aşağı dəstəyə – Çempionşipə uçub-yuvarlanmalıdır. Müvafiq məqam tərəflər arasındakı müqavilədə əksini tapıb.
Son xəbərlər





























