Dünya futbolu
İngiltərə klubundan “Palmeyras”a

09.02.2026 | 10:00
Braziliyanın "Palmeyras" klubu İngiltərə təmsilçisi "Vulverhempton"un vingeri Con Ariası heyətinə qatıb.
Sports.az xəbər verir ki, 28 yaşlı kolumbiyalı futbolçu Braziliya klubu ilə 2029-cu ilin sonuna qədər müqavilə imzalayıb.
Transferin məbləği 25 milyon avro təşkil edir. "Palmeyras" bu məbləği dörd il ərzində hissə-hissə ödəyəcək.
Kolumbiya millisinin üzvü ötən ilin yayında "Fluminense"dən "Vulverhempton"a 17 milyon avroya keçmişdi. O, İngiltərə Premyer Liqasının sonuncu pilləsində qərarlaşan komandanın heyətində 26 matça çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər





























