“Fənərbağça”dan inamlı qələbə

Türkiyə Super Liqasında 21-ci tura yekun vurulub.
Sports.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.
“Kayserispor” evdə “Kocaelispor”a uduzubsa, “Qaziantep” “Kasımpaşa”ya qalib gəlib. “Fənərbağça” da “Gənclərbirliyi” üzərində qələbəyə sevinib.
Hazırda 52 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 49, “Trabzonspor” 45, “Göztəpə” 40, “Beşiktaş” 37, “Başakşəhər” 33 xal toplayıb.
Türkiyə Super Liqası
21-ci tur
7 fevral
Karagümrük – Antalyaspor 1:0
Qol: Serjinyo, 5.
Samsunspor – Trabzonspor 0:3
Qollar: Onuaçu, 23; 81. Muçi, 90+1-pen.
8 fevral
Eyüpspor – Başakşəhər 1:2
Qollar: U.Bozok, 90+3 – Selke, 14. Şomurodov, 53.
Konyaspor – Göztəpə 0:0
Rizəspor – Qalatasaray 0:3
Qollar: B.A.Yılmaz, 19. Y.Akgün, 62. Osimhen, 73.
Beşiktaş – Alanyaspor 2:2
Qollar: O.Kökçü, 32-pen. Hyon Qyu O, 54 – G.Yalçın, 9; 16.
9 fevral
Kayserispor – Kocaelispor 1:2
Qollar: T.Sarıarslan, 81 – Aqyei, 65; 73.
Fənərbağça – Gənclərbirliyi 3:1
Qollar: Taliska, 16-pen. K.Aktürkoğlu, 27; 33 – Koita, 55.
Qaziantep – Kasımpaşa 2:1
Qollar: Kozlovski, 24. Bayo, 36 – Benediçak, 16.





























