Dünya futbolu
“Real” “yeni Niko Uilyams”ı gözaltı edib

09.02.2026 | 17:45
“Real” rəhbərliyi Bilbao “Atletik”inin 13 yaşlı məzunu, sol cinah hücumçusu Lourens Osayandeni “Kral klubu”nun akademiyasına cəlb edəcək.
Sports.az xəbər verir ki, qısa müddət ərzində keçid rəsmiləşəcək və yeniyetmə Osayande Bilbao “Atletik”inin gənclər komandası “Santutxu”dan “Real”a qoşulacaq.
Lourens Osayande istedadlıı və parlaq gələcək vəd edən oyunçu olaraq təqdim edilir, el arasında isə Bilbao “Atletik”inin ispaniyalı ulduzu, 23 yaşlı sol cinah hücumçusu Niko Uilyamsa bənzədilməklə, “yeni Niko Uilyams” olaraq tanınır.
Son xəbərlər





























