Dünya futbolu
“Frayburq” yarımfinalda

11.02.2026 | 02:40
Almaniya kubokunun növbəti yarımfinalçısı müəyyənləşib.
Sports.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin daha bir görüşü baş tutub.
“Herta” evdə “Frayburq”la qarşılaşıb. Penaltilər seriyasında qalib gələn “Frayburq” üçüncü yarımfinalçı olub.
Daha öncə “Bayer” və “Ştutqart” da yarımfinala çıxmışdı. Son oyun “Bayern”lə “Leypsiq” arasında sabah baş tutacaq.
Almaniya kuboku
1/4 final mərhələsi
10 fevral
Herta – Frayburq 1:1 (penaltilər 4:5)
Qollar: Rise, 104 – Suzuki, 96.
Son xəbərlər





























