Dünya futbolu
“Tottenhem” baş məşqçisi ilə vidalaşdı

11.02.2026 | 16:00
“Tottenhem” baş məşqçisi Tomas Frankla müqaviləsini ləğv edib.
Sports.az xəbər verir ki, Frankın istefasına səbəb son oyunlarda komandadakı uğursuz nəticələr olub.
Londonlular son 5 matçdan yalnız birində qələbə qazana bilib. Komanda hazırda Premyer Liqada 26 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
52 yaşlı mütəxəssis 2025-ci ilin iyulundan “Tottenhem”ə rəhbərlik edirdi. O, əvvəllər “Brentford”, “Bröndbi” və Danimarkanın U-21 komandalarında çalışıb.
Son xəbərlər





























