Dünya futbolu
İspaniyalı hücumçu bu il meydana çıxa bilməyəcək

11.02.2026 | 17:30
“Portu”nun hücumçusu Samuel Aqehovanın zədədən sonra yaşıl meydanlara qayıdış müddəti bəlli olub.
Sports.az xəbər verir ki, ispaniyalı forvard təkcə cari mövsümün qalan hissəsini və 2026-cı il dünya çempionatını buraxmayacaq, hətta 2026-cı ilin sonuna qədər meydana çıxa bilməyə bilər.
Aqehova fevralın 9-da, Portuqaliya Premyer Liqasının 21-ci turu çərçivəsində Lissabon “Sportinq”i ilə (1:1) oyunda dizindən zədələnmiş və fasilədə əvəzlənmişdi. Klubun tibbi müayinəsi onda ön çarpaz bağın qopmasını aşkarlayıb.
Aqehovanın “Portu” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 32 matçda iştirak edib, 20 qol vurub və 1 məhsuldar ötürmə verib.
Son xəbərlər





























