Dünya futbolu
“Arsenal” Xulian Alvaresin satış qiymətini endirməyə çalışır

12.02.2026 | 22:30
Məlum olduğu kimi, “Arsenal” Madrid “Atletiko”sunun argentinalı hücumçusu Xulian Alvaresin xidmətində maraqlıdır.
Sports.az xəbər verir ki, “topçular” Alvaresi satın almaq niyyətində ciddirlər, amma London klubunu, “döşəkçilər”in argentinalı hücumçu müqabilində tələb etdiyi məbləğ qane etmir.
Vurğulanır ki, “Arsenal” müvafiq məbləğin – 100 milyon avronun endirilməsinə çalışır.
Son xəbərlər




























