Dünya futbolu
Sterlinq Niderlanda üz tutdu

13.02.2026 | 09:00
Niderlandın "Feyenoord" komandası İngiltərə millisinin sabiq üzvü Rahim Sterlinqi heyətinə qatıb.
Sports.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Sterlinq ötən ay "Çelsi" ilə olan müqaviləsinə xitam verib. O, karyerası ərzində ölkəsində "Liverpul", "Mançester Siti" və "Arsenal" kimi klubların şərəfini qoruyub.
Son xəbərlər





























