Eddi Hau zədəli futbolçuların durumunu açıqladı

Eddi Hau zədəli futbolçuların durumunu açıqladı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl"ın baş məşqçisi Eddi Hau heyətdəki zədəli futbolçuların son durumunu açıqlayıb.

Sports.az xəbər verir ki, mütəxəssis bunu İngiltərə Federasiya Kubokunun 4-cü turu çərçivəsində keçiriləcək "Aston Villa" ilə matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, bəzi futbolçuların kubok matçında komandaya kömək edə bilməyəcəklərini bildirib:

"Hazırda əsas narahatlığımız Bruno Gimaraeşlə bağlıdır. Onun zədəsinin nə dərəcədə ciddi olduğunu və hansı müddətə kənarda qalacağını müəyyənləşdirmək üçün müayinələrin tam nəticəsini gözləyirik. Lyuis Mayli də bud nahiyəsindən aldığı zərbə və əzələ zədəsi səbəbindən bizə kömək edə bilməyəcək. Digər tərəfdən, Joelintonun bərpa prosesi çox yaxşı gedir və qayıdışı uzaqda deyil. Tino Livramento isə artıq yaşıl meydanda məşqlərə başlayıb və martın əvvəlində tam hazır olacağını gözləyirik".

"Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Son xəbərlər
Turun ilk oyununda heç-heçə
"Milan"dan növbəti qələbə
"Borussiya" darmadağına sevindi
"Qalatasaray"dan darmadağın
“Bayern”də yeni müqavilə
1/8 final oyunlarına təyinatlar açıqlandı
“Abşeron Lions” və “Ordu”dan qələbə
İlk finalçılar bəlli oldu
UNEC yenə məğlub oldu
Premyer Liqada 20-ci turun hakim təyinatları açıqlandı
1/4 finalın son iştirakçıları müəyyənləşdi
Premyer Liqada yanvar ayının ən yaxşısı məşqçisi bəlli oldu
“Difai”dən inamlı qələbə
ACF Kuboku keçiriləcək
İtaliya klubunda yeni müqavilə
“Neftçi”dən veteran futbolçularına təbrik
Eddi Hau zədəli futbolçuların durumunu açıqladı
Millimiz Avropa çempionatında iştirak edəcək
Azərbaycan çempionatına yekun vuruldu
Paytaxt klubunda ciddi itki
Premyer Liqa klubunda yeni müqavilə
PSJ-nin sabiq futbolçusu 2-ci divizion klubunda
“Sabah”da iki ayrılıq
Millimizin oyunlarının təqvimi açıqlandı
“Kür” monteneqrolu legioneri ilə vidalaşdı
AFFA-dan təhlükəsizliklə bağlı seminar
Əvəzedicilərin yarışında 16-cı turun təyinatları açıqlandı
“Barselona” 5 ildən sonra ilk dəfə bir hissədə qapısında 4 qol gördü
Azərbaycan çempionatında 1/4 finalın ilk iştirakçıları müəyyənləşdi
Günün oyunları – TV
DAHA ÇOX

Ən çox oxunanlar