Dünya futbolu
İtaliya klubunda yeni müqavilə

13.02.2026 | 18:00
"Bolonya" hücumçu Santyaqo Kastro ilə 2030-cu ilə qədər yeni müqavilə imzaladığını açıqlayıb.
Sports.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı argentinalı futbolçu 2024-cü ilin yanvarından "Bolonya"da çıxış edir. O, cari mövsüm 31 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Kastro həmçinin Argentinanın 23 yaşadək futbolçulardan ibarət milli komandasında 13 oyunda 2 dəfə fərqlənib.
Son xəbərlər





























