Dünya futbolu
"Real"dan penalti rekordu

15.02.2026 | 13:00
"Real" klubu İspaniya La Liqasında yeni rekorda imza atıb.
Sports.az xəbər verir ki, Madrid təmsilçisi buna 24-cü turda "Real Sosyedad"ı məğlub etdikləri (4:2) oyunda nail olub.
"Kral klubu" qollardan ikisini penaltidən vurub.
Komanda cari mövsüm turnirdə 13 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirib. Bu isə ölkə çempionatında yeni rekorddur.
Daha əvvəl "Barselona" futbolçuları 1950/1951 və 2015/2016 mövsümlərində 12 penalti vurublar.
Son xəbərlər





























