Dünya futbolu
“Arsenal”dan yeni rekord

16.02.2026 | 15:40
“Arsenal” İngiltərə Kubokunda ilk 30 dəqiqədə dörd qol vuraraq "Uiqan"ı 4:0 hesabı ilə məğlub edib.
Sports.az xəbər verir ki, "topçular" 1992/1993 mövsümündən bəri bu yarışda oyunun ilk yarım saatında dörd qol vuran ilk Premyer Liqa komandası olub.
Hazırda "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. "Mançester Siti" londonlulardan 4 xal geridə qalaraq ikincidir.
"Arsenal"ın Premyer Liqada növbəti oyunu səfərdə "Vulverhempton"a qarşı olacaq.
Son xəbərlər





























