Dünya futbolu
"Arsenal" məğlubiyyətsiz oyunlar seriyasını altıya çatdırdı

16.02.2026 | 18:40
Londonun "Arsenal" komandası İngiltərə Kubokunun dördüncü turunda "Uiqan"ı 4:0 hesabı ilə məğlub edib.
Sports.az xəbər verir ki, "topçular" bütün yarışlardakı məğlubiyyətsiz oyunlar seriyasını altıya çatdırıb.
Bu seriya Çempionlar Liqasında "Kayrat" üzərində 3:2 hesablı qalibiyyətlə başlayıb. Mikel Artetanın komandası sonra İngiltərə Premyer Liqasında "Lids"i 4:0, Liqa Kubokunda "Çelsi"ni 1:0 hesabı ilə məğlub edib.
"Arsenal" bundan sonra Premyer Liqada "Sanderlend"ə 3:0 hesabı ilə qalib gəlib, "Brentford"la heç-heçə edib - 1:1. "Uiqan" üzərində qalibiyyət qələbə seriyasını davam etdirib.
"Arsenal"ın növbəti oyunu fevralın 18-də İngiltərə Premyer Liqasında səfərdə "Vulverhempton"a qarşı olacaq.
Son xəbərlər





























