Dünya futbolu
“Real”ın futbolçusu 2 ay oynamayacaq

17.02.2026 | 09:40
İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Cud Bellingem ciddi zədə alıb.
Sports.az xəbər verir ki, 22 yaşlı ingilis futbolçu 6-8 həftə müddətində yaşıl meydanlardan kənarda qalacaq.
Bellinqem La Liqanın 22-ci turunda "Rayo Valyekano"ya qarşı keçirilən və Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə əzələsindən zədələnib.
Klubun tibbi heyəti futbolçunun vəziyyətini nəzarətdə saxlayır. Onun təxminən iki aya yaxın müddətdə komandaya kömək edə bilməyəcəyi bildirilir.
Son xəbərlər





























