Dünya futbolu
“Qarabağ”a 4 qol vuran futbolçu həftənin ən yaxşısı seçildi

19.02.2026 | 21:30
İngiltərənin "Nyukasl" klubunun futbolçusu Entoni Qordon azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Sports.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, pley-off mərhələsinin "Qarabağ"a qarşı keçirilən oyununda (6:1) 4 qol vuraraq vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.
İngiltərəli futbolçu səsvermədə Due Dezire (PSJ), Kasper Heq ("Bodo Qlimt") və Patrik Şiki ("Bayer") qabaqlayıb.
Son xəbərlər





























