Dünya futbolu
PSJ Mbappeyə borcundan 4 milyon avro ödəyib

20.02.2026 | 16:15
PSJ hazırda “Real”ın formasını geyinən hücumçu Kilian Mbappeyə dörd milyon avro ödəniş edib.
Sports.az “Ekip”ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə Paris təmsilçisi arasında məhkəmə çəkişməsi hələ də davam edir.
Daha əvvəl məhkəmə PSJ-ni Mbappeyə ümumilikdə 60,9 milyon avro ödəməyə məcbur etmişdi. Bu məbləğə futbolçunun maaşı, bonusları və hesablanmış faizlər daxildir.
25 yaşlı forvard 2018–2024-cü illərdə PSJ-nin şərəfini qoruyub. O, bu müddət ərzində Paris klubunun heyətində 308 oyuna çıxaraq 256 qol vurub və 110 məhsuldar ötürmə verib.
Mbappe 2024-cü ilin iyulunda “Real”a transfer olunub. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2029-cu ilin ortalarına kimidir.
Son xəbərlər





























