Dünya futbolu
Zamiqin komandasına bir qol bəs etdi

21.02.2026 | 09:20
Albaniya Super Liqasında 25-ci turun oyunları keçirilib.
Sports.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” evdə “Dinamo” (Tirana) ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Əliyev bu matçda 90 dəqiqə meydanda olub.
“Eqnatiya” hazırda 46 xalla ikinci yerdədir.
Son xəbərlər





























