Dünya futbolu
Renat oynadı, komandası səfərdə qalib gəldi

21.02.2026 | 09:40
Polşa Ekstraklasasında 22-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geydiyi “Motor” səfərdə “Pyast”la qarşılaşıb.
Görüş “Motor”un 2:1 hesablı qəlbəsi ilə başa çatıb. Renat 71-ci dəqiqədə meydana buraxılıb.
Dadaşovun komandası 22 turdan sonra 27 xalla 12-ci pillədə qərarlaşıb.
Son xəbərlər





























