Dünya futbolu
Fati İngiltərə Premyer Liqasına qayıda bilər

21.02.2026 | 15:00
Məlum olduğu kimi, “Barselona” rəhəbərliyi “blauqrana”nın ispaniyalı cinah hücumçusu Ansu Fatini cari mövsümün sonuna qədər müddətə “Monako”ya icarəyə verib.
Sports.az xəbər verir ki, yayda Fati əvvəllər çıxış etdiyi İngiltərə Premyer Liqasına qayıda bilər.
İspaniyalı futbolçunun xidmətində “Nottingem Forest” maraqlıdır. “Meşəçilər” Fati müqabilində “Nottingem Forest”ə 15 milyon avro məbləğində ödəniş təklif edirlər.
Xatırladaq ki, Ansu Fati 2023/2024-cü illər mövsümündə “Brayton”da çıxış edib.
Son xəbərlər





























