Dünya futbolu
Karrager “Arsenal”ın xal itirməsinə şaddır

21.02.2026 | 12:20
“Liverpul”un ingilis keçmiş mərkəz müdafiəçisi, hazırda futbol təhlilçisi olaraq çalışan Ceymi Karrager, “Arsenal”ın, İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində “qapazaltı” “Vulverhempton”la, 0:2 hesablı üstünlüyü qaçırmaqla nəticələnmiş 2:2 hesablı heç-heçəsinə şad olduğunu bildirib.
Sports.az ingilis mütəxəssisin müvafiq açıqlamasını təqdim edrir:
“Müvafiq nəticəyə şadam, çünki bu, oyunu nəfəskəsici edir, bizə isə danışmağa əsas verir, mövsümün sonuna qədər fitnə-fəsad yaradır. Odur ki, düşünürəm, bu, Premyer Liqa üçün yaxşıdır”, deyə Karrager fikrini əsaslandırıb.
Son xəbərlər





























