Dünya futbolu
PSJ Dembeleni yenidən itirdi

21.02.2026 | 15:20
PSJ Fransa Liqa 1-in 23-cü turunda "Mets"lə oyun ərəfəsində futbolçusu Usman Dembelenin durumuna aydınlıq gətirib.
Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Monako" ilə Çempionlar Liqasının pley-off mərhələsində keçirilən və 3:2 hesabı ilə başa çatan matçda əvəzlənən hücumçunun sol ayağının baldır nahiyəsində problem yaranıb.
O, yaxın günlərdə məşqlərini fərdi şəkildə davam etdirəcək.
Yarımmüdafiəçi Fabian Ruis isə məşəqlərini bərpa edib.
Qeyd edək ki, PSJ – "Mets" qarşılaşması fevralın 22-də, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
Son xəbərlər





























