Dünya futbolu
“Real”la oyundan öncə diskvalifikasiya edildi

23.02.2026 | 19:40
UEFA-nın İntizam Komitəsi Portuqaliyanın "Benfika" klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasının pley-off mərhələsində "Real"la keçiriləcək cavab oyunundan kənarlaşdırıb.
Sports.az xəbər verir ki, qurumun açıqlamasına görə, Prestianni UEFA-nın ayrı-seçkiliklə bağlı intizam qaydalarını pozduğu üçün növbəti matçda oynaya bilməyəcək.
Bu qərar davam edən araşdırmanın nəticələrinə təsir etməyəcək.
Portuqaliyada keçirilən ilk oyunda "Kral klubu" 1:0 hesablı qələbə qazanıb. Matçda yeganə qolu vuran Vinisiusun irqçi təhqirə məruz qaldığı bildirib. İspaniya mətbuatı bu təhqirin Prestianni tərəfindən edildiyini yazıb. Cavab oyunu 25 fevralda Madriddə keçiriləcək.
Son xəbərlər





























