Dünya futbolu
Paytaxt klubunun futbolçusu əməliyyat olundu

24.02.2026 | 17:45
“Latsio"nun yarımmüdafiəçisi Nikolo Rovella sağ körpücük sümüyünün sınığı səbəbindən əməliyyat olunub.
Sports.az Roma təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat uğurla keçib.
Onun yaxın günlərdə xüsusi reabilitasiya proqramına başlayacağı bildirilir.
İtaliya millisinin 24 yaşlı üzvü fevralın 21-də A Seriyasının 26-cı turunda "Kalyari" ilə keçirilən görüşdə (0:0) xəsarət alıb.
Xatırladaq ki, Rovella cari mövsümdə cəmi 9 matçda iştirak edib.
Son xəbərlər





























