Dünya futbolu
Sanço üçüncü dəfə Dortmunda qayıda bilər

25.02.2026 | 12:00
Məlum olduğu kimi, “Mançester Yunayted” ötən ilin sentyabr ayında 25 yaşlı ingiltərəli sol cinah hücumçusu Ceydon Sançonu cari mövsümün sonuna qədər müddətə “Aston Villa”ya icarəyə verib.
Sports.az xəbər verir ki, yayda Sanço daha əvvəl çıxış etdiyi Dortmund “Borussiya”sına üçüncü dəfə qayıda bilər.
Xatırladaq ki, Sanço “Borussiya” üçün 2017–2021-ci illərdə çıxış edib, həmçinin “eşşəkarıları”nın şərəfini 2024-cü ildə icarə əsasında qoruyub.
Son xəbərlər





























