Dünya futbolu
Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulur

25.02.2026 | 12:15
UEFA Çempionlar Liqasında bu gün pley-off mərhələsinə yekun vurulacaq.
Sports.az xəbər verir ki, 1/8 finala yüksələn daha 4 komanda müəyyənləşəcək.
"Atalanta" evdə "Borussiya"nə qəbul edəcək.
Fransa komandaları PSJ və "Monako" isə Parisdə üz-üzə gələcəklər.
"Yuventus" İtaliyada "Qalatasaray"la, "Real" İspaniyada "Benfika" ilə görüşəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
25 fevral
21:45. Atalanta (İtaliya) - Borussiya (Dortmund, Almaniya)
İlk oyun – 0:2.
00:00. PSJ (Fransa) - Monako (Fransa)
İlk oyun – 3:2.
00:00. Yuventus (İtaliya) - Qalatasaray (Türkiyə)
İlk oyun – 2:5.
00:00. Real (İspaniya) - Benfika (Portuqaliya)
İlk oyun – 1:0.
Son xəbərlər





























