Dünya futbolu
“Atletiko”nun hücumçusu klubun tarixinə düşdü

25.02.2026 | 15:45
Norveç millisinin futbolçusu Aleksandr Sörlot İspaniyanın "Atletiko" klubunun tarixinə düşüb.
Sports.az xəbər verir ki, 30 yaşlı hücumçu buna Belçika təmsilçisi "Brügge"yə qalib gəldikləri (4:1) UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin cavab oyununda üç qol vurmaqla nail olub.
Forvard Madrid təmsilçisinin tarixində bu turnirin pley-offunda het-trik edən ilk oyunçudur.
Sörlot həmçinin klub tarixində qrup mərhələsi də daxil olmaqla, ÇL-dəki bir matçda üç dəfə fərqlənən ikinci oyunçudur. Daha əvvəl xorvatiyalı Mario Mancukiç 2014-cü ildə bunu bacarıb.
Son xəbərlər





























