Dünya futbolu
Norveçli futbolçudan Çempionlar Liqasında yeni rekord

25.02.2026 | 17:45
Yens Petter Heuqe UEFA Çempionlar Liqasında norveçli futbolçular arasında yeni rekord müəyyənləşdirib.
Sports.az xəbər verir ki, "Bodo Qlimt"in hücumçusu cari mövsümdə turnirdə 6 qol vurub.
Bu, Norveç klubunun heyətində bir mövsümdə vurulan ən çox qol kimi tarixə düşüb. "Tottenhem" (İngiltərə) və "İnter"in (İtaliya) qapısına iki dəfə yol tapan futbolçu "Borussiya" (Dortmund, Almaniya) və "Mançester Siti" ilə oyunlarda (İngiltərə) bir dəfə fərqlənib.
"Bodo Qlimt" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "İnter"i iki oyunun nəticəsinə (3:1, 2:1) görə mübarizədən kənarlaşdıraraq 1/8 finala vəsiqə qazanıb. Norveç təmsilçisi növbəti mərhələdə "Mançester Siti" – "Sportinq" cütünün qalibi ilə qarşılaşacaq.
Son xəbərlər





























