Dünya futbolu
“Yuventus”da yeni müqavilə

26.02.2026 | 21:20
"Yuventus" qapıçısı Karlo Pinsolyo ilə müqavilənin müddətini uzadıb.
Sports.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
35 yaşlı qolkiperin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.
"Yuventus"un yetirməsi olan Karlo Pinsolyo 2010-cu ildən əsas komandanın heyətində yer alır. Bu vaxtadək müxtəlif komandalara icarəyə verilən qapıçı Turin təmsilçisinin heyətində cəmi 6 matça çıxıb.
Son xəbərlər





























