Dünya futbolu
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu

26.02.2026 | 21:40
"Atletiko"nun futbolçusu Aleksandr Sörlot azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Sports.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu pley-off mərhələsinin cavab oyununda "Brügge" (Belçika) ilə keçirilən görüşdə (4:1) het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.
Borveçli futbolçu səsvermədə Yens Petter Hauqe ("Bodo Qlimt"), Orelyen Tçuameni ("Real") və Viktor Osimheni ("Qalatasaray") qabaqlayıb.
Son xəbərlər





























